İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqlədi

 12:24 05.07.2026     249

İsrailin nəqliyyat naziri Miri Regev İranla müharibənin əvvəlində İsrailin Birləşmiş Ərəb Əmirliklərində “Dəmir Günbəz” raketdən müdafiə sisteminin bir batareyasını yerləşdirdiyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nazir bildirib ki, bu qərar ballistik raket təhlükəsinin miqyası ilə əlaqədar qəbul edilib: “Onlar başa düşürdülər ki, ballistik raketlər ən ciddi problemlərdən biridir”.

Miri Regev “Dəmir Günbəz” sisteminin BƏƏ-də yerləşdirildiyini təsdiqləyən ilk İsrail rəsmisi olub. 

Bundan əvvəl ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi də bunu təsdiqləmişdi.

Qeyd edək ki, münaqişə zamanı İran BƏƏ-yə qarşı uzunmüddətli hücumlar həyata keçirərək təxminən 550 ballistik və qanadlı raket, həmçinin 2200-dən çox pilotsuz uçuş aparatı buraxıb.

Vumart və Güvən reklamı Vumart Güvən