Ukraynanın PUA zərbəsi nəticəsində dairə rəhbəri ağır yaralandı

 12:51 05.07.2026     258

Rusiyanın Belqorod vilayətinin Qrayvoron dairəsinin rəhbəri Dmitri Pankov Qolovçino kəndində Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı məlumat yayıb.

Qeyd edilib ki, Dmitri Pankov bud nahiyəsindən qəlpə yarası alıb. Təcili tibbi yardım briqadası onu vilayət klinik xəstəxanasına çatdırır.

Dmitri Pankovun vəziyyəti orta ağır qiymətləndirilir.

Vumart və Güvən reklamı Vumart Güvən