Milyonlarla iranlı Əli Xameneinin dəfn mərasimində iştirak edib - FOTO

 16:29 05.07.2026     289

Milyonlarla iranlı ölkənin sabiq ali rəhbəri Əli Xamenei və onun ailə üzvlərinin tabutları qarşısında qılınan cənazə namazında iştirak etmək üçün Tehranın baş məscidinə axışıb.

Redaktor.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Səhər saatlarında Tehranın ən böyük dini kompleksi olan İmam Xomeyni adına məscidə yas geyimində olan, əllərində İran bayraqları, Xameneinin portretləri, eləcə də ABŞ Prezidenti Donald Trampdan qisas almağa çağıran plakatlar tutan zəvvarlar toplaşıb.

Əli Xamenei və onun doğmalarının, o cümlədən biryaşlı nəvəsinin ruhuna dualar oxunub.

Vumart və Güvən reklamı Vumart Güvən