İran və Rusiyaya qarşı birgə hücum cəhdləri uğursuzluqla nəticələnib - SEPAH generalı
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Hüseyn Mərufi Qərbin Rusiya və İrana qarşı yönəlmiş birgə hücum cəhdlərinin uğursuz olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Bildirilib ki, iki ölkə arasındakı əlaqələr sıradan bir əməkdaşlıq formatını aşaraq daha böyük əhəmiyyət kəsb edir. General Hüseyn Mərufi Tehran və Moskva münasibətlərini strateji tərəfdaşlıq kimi xarakterizə edib.
Məlumata görə, SEPAH rəsmisi Qərb dövlətlərinin hər iki ölkəni hədəf alan son addımlarını kəskin tənqid edib. O vurğulayıb ki, düşmən qüvvələrin bu yaxınlarda birlikdə hücum etmək cəhdləri Allahın müdrikliyi və iradəsi sayəsində tamamilə puça çıxıb və qarşısı alınıb.
Aminə ŞAHSUVARQIZI













