Almaniyada sərnişin avtobusu qəzaya uğradı - Xeyli yaralı var
Almaniyanın Brandenburq əyalətində şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, içərisində 70-dək sərnişinin olduğu ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb.
Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal olunur.
Qəzanın səbəbləri araşdırılır.













