Ordunun ən böyük bazasına aid məlumatlar zibilxanadan TAPILDI
Böyük Britaniya Müdafiə Nazirliyinə məxsus məxfi sənədlər ölkə ordusunun ən böyük hərbi bazasının yaxınlığındakı zibilxanada tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "The Sun on Sunday" qəzeti yayıb.
Bildirilib ki, hadisə Şimali Yorkşirdə yerləşən və daxilində ümumilikdə 13 min hərbçinin yaşadığı "Catterick" qarnizonunun cəmi 4 kilometrliyində qeydə alınıb. Yoldan keçən sıravi bir vətəndaş tərəfindən bələdiyyə zibilxanasında aşkar edilən sənədlərdə hərbçilərin şəxsi məlumatları, silahların saxlanma şəraiti, qarovul dəyişiklikləri, təhlükəsizlik pozuntuları və fövqəladə hallara operativ cavab protokolları kimi olduqca kritik məlumatlar yer alıb.
Məlumata görə, baş vermiş ciddi təhlükəsizlik boşluğu ilə bağlı Kral Hərbi Polisi artıq genişmiqyaslı araşdırmalara başlayıb.
Aminə ŞAHSUVARQIZI













