“İsrail ilə ABŞ arasında heç bir fikir ayrılığı yoxdur” - Netanyahu

 20:24 05.07.2026     206

İsrailin Baş naziri Binyamin Netanyahu İsrail hökuməti ilə Vaşinqton administrasiyası arasında İran məsələsi də daxil olmaqla, siyasi mövzularda heç bir fikir ayrılığının olmadığını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalı yayıb.

Bildirilib ki, iki ölkə arasındakı müttəfiqlik münasibətləri ən yüksək səviyyədə davam edir. Baş nazir ABŞ-nin İsraili nümunəvi tərəfdaş kimi qəbul etdiyini vurğulayaraq, bir çox digər müttəfiqlərdən fərqli olaraq, İsrailin Amerika ilə çiyin-çiyinə mübarizə apardığını qeyd edib.

Məlumata görə, Netanyahu xüsusilə İranla bağlı məqsədlərin tamamilə üst-üst düşdüyünü diqqətə çatdırıb. O qeyd edib ki, həm Vaşinqton, həm də Təl-Əviv İranın nüvə silahı proqramından imtina etməsini, zənginləşdirilmiş materialların ölkədən çıxarılmasını və uran zənginləşdirmə qurğularının tamamilə sökülməsini tələb edir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən