“NATO-nun əbədi mövcudluğuna heç bir zəmanət yoxdur” - Yens Stoltenberq

 20:30 05.07.2026     257

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq alyansın əbədi olaraq mövcudluğunu qoruyub saxlayacağına dair heç bir zəmanətin olmadığını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Der Spiegel" jurnalı yayıb.

Bildirilib ki, keçmiş baş katib mövcud geosiyasi reallıqlar fonunda blokun gələcəyi barədə danışıb. O, dövlət və hökumət başçılarını gələcək ssenarilər barədə əsassız spekulyasiyalar etməkdən çəkinməyə və bunun əvəzinə təcili olaraq atılmalı olan praktiki addımlara diqqət yetirməyə çağırıb.

Məlumata görə, Stoltenberq Avropadakı NATO üzvü olan dövlətlərin müdafiə sahəsinə investisiya yatırmaqda gecikdiyini etiraf edib. O vurğulayıb ki, Avropa ölkələri müdafiəyə daha çox sərmayə qoymağa daha tez başlamalı idilər. Hazırda Almaniya da daxil olmaqla, bir çox müttəfiqlərin müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdığını qeyd edən keçmiş baş katib, bütün bunların daha erkən baş verməsinin vacibliyini diqqətə çatdırıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən