“İsrailin ABŞ-dən başqa da çoxlu dostu var” - Netanyahu
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-nin Bitse-prezidenti Ceyms Devid Vensin tənqidi yanaşmalarına cavab olaraq, yəhudi dövlətinin dünyada tək qalmadığını və Vaşinqtondan kənarda da güclü müttəfiqlərinin olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalı yayıb.
Bildirilib ki, iki ölkə rəsmiləri arasında yaranan bu fikir mübadiləsi ABŞ-İran sülh danışıqları fonunda baş verib. Baş nazir vitse-prezidentlə çox yaxşı münasibətlərinin olduğunu, lakin bu hörmətin onun səsləndirdiyi hər bir fikirlə razılaşmaq mənasına gəlmədiyini vurğulayıb. Eyni zamanda Netanyahu, Donald Trampı indiyə qədər Ağ Evdə görmüş olduğu "ən böyük dost" kimi xarakterizə edib.
Məlumata görə, İsrail hökumətinin rəhbəri ölkəsinin beynəlxalq arenadakı digər tərəfdaşlarına, xüsusilə Hindistana diqqət çəkib. O, 1,4 milyard əhalisi olan Hindistanın İsrailə nəhəng dəstək nümayiş etdirdiyini bildirib. Baş nazirin sözlərinə görə, bir çox dövlət başçıları şəxsən ona zəng edərək hörmətlərini ifadə edir və müdafiə, həmçinin texnologiya sahələrində yeni əməkdaşlıqlar təklif edirlər.
Aminə ŞAHSUVARQIZI













