Hörmüz boğazının təhlükəsizliyi NATO-nun sammitində müzakirə olunacaq

 21:46 05.07.2026     224

Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi və dəniz yollarının qorunması məsələsinin bu həftə keçiriləcək NATO zirvə görüşündə alyans liderləri tərəfindən geniş müzakirə olunacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən CNN telekanalı yayıb.

Bildirilib ki, boğazdan keçən ticarət gəmilərinin təhlükəsizliyi hazırda qlobal enerji daşımaları üçün ən mühüm prioritetlərdən biridir. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bəyanatında:

"Mən inanıram ki, Hörmüz boğazı və oradan keçən dəniz nəqliyyatının qorunması məsələsi sammitin əsas gündəm mövzularından biri olacaq", — deyə vurğulayıb.

Məlumata görə, bir neçə NATO müttəfiqi sözügedən regionda dəniz təhlükəsizliyi səylərinə dəstək vermək istədiyini ifadə edib. Lakin Ağ Ev rəsmisi qeyd edib ki, müttəfiq ölkələrin bir çoxunda bölgədə mənalı dəniz missiyası həyata keçirmək və strateji patrulları təmin etmək üçün lazım olan hərbi gəmilər və ya xüsusi dəniz aktivləri kifayət qədər deyil.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən