Çikaqoda eniş edən sərnişin təyyarəsini atəşfəşanlıq mərmisi VURDU

 22:12 05.07.2026     291

Çikaqo hava limanına eniş edən sərnişin təyyarəsi 4 İyul — ABŞ-nin Müstəqillik Günü bayramı münasibətilə atılan atəşfəşanlıq nəticəsində zədələnib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Federal Aviasiya Administrasiyasına (FAA) istinadən CBS telekanalı yayıb.

Bildirilib ki, insident şənbə günü yerli vaxtla təxminən saat 20:30-da qeydə alınıb. "Delta Air Lines" aviaşirkətinə məxsus təyyarənin pilotu eniş xəttində olarkən pirotexniki şarjın hava gəmisinə dəydiyini bəyan edib.

Məlumata görə, eniş zamanı ekipaj üzvləri təyyarənin gövdəsinin altında güclü bir partlayış hiss ediblər. Buna baxmayaraq, pilotlar soyuqqanlılığı qoruyaraq hava gəmisini təhlükəsiz şəkildə yerə endirə biliblər. Hadisə nəticəsində sərnişinlər və ekipaj üzvlərindən xəsarət alan olmayıb. Polisin verdiyi açıqlamada pirotexniki mərminin təyyarəyə minimal ziyan vurduğu və qüsurun yalnız xarici korpusda qeydə alındığı bildirilib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən