Makron prezidentlikdən sonra milyarderin şirkətində vəzifə tuta bilər

 22:15 05.07.2026     267

Fransa Prezidenti Emmanuel Makron dövlət başçısı postunu tərk etdikdən sonra Avropanın nəhəng telekommunikasiya qrupu "Iliad"ın qurucusu, milyarder Ksavye Nil ilə əlaqəli xüsusi bir vəzifəyə gətirilə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Fransanın tanınmış "Le Journal du Dimanche" qəzeti yayıb.

Bildirilib ki, fəaliyyətdə olan Fransa lideri prezidentlik müddəti başa çatdıqdan sonra da böyük siyasətdə və strateji idarəetmədə qalmağı planlaşdırır. Məhz bu məqsədlə milyarder Ksavye Nil ilə əməkdaşlıq çərçivəsində onun üçün xüsusi və yeni bir statusun yaradıla biləcəyi vurğulanır.

Məlumata görə, nəşr bu yeni vəzifənin hansı konkret funksiyaları yerinə yetirəcəyini dəqiqləşdirmir və onun öhdəliklərinin hazırda qeyri-müəyyən qaldığını qeyd edir. Eyni zamanda Makronun Avropanın ən nüfuzlu iş adamlarından biri ilə reallaşdıracağı tərəfdaşlığın detalları da hələlik tam açıqlanmır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən