İraq hakimiyyəti Xamenei üçün məhdud sayda vida mərasimi KEÇİRƏCƏK

 23:33 05.07.2026     289

İraq hakimiyyəti İranın Ali Lideri Əli Xamenei üçün ölkə ərazisində planlaşdırılan dəfn və vida mərasimlərinin miqyasını ciddi şəkildə azaltmaq barədə qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İraqın nüfuzlu "Shafaq News" informasiya portalı yayıb.

Bildirilib ki, rəsmi Bağdad Tehrandan gələn güclü təzyiqlərə baxmayaraq, paytaxt Bağdadda hər hansı bir kütləvi yürüşün təşkil edilməsindən qəti şəkildə imtina edib. İraqın yeni hökumətindəki etibarlı mənbələrin verdiyi məlumata görə, iyulun 8-nə təyin olunan yas tədbirləri yalnız əsas şiə müsəlman ziyarətgahlarının yerləşdiyi Nəcəf və Kərbəla əyalətlərində keçiriləcək yerli anım mərasimləri ilə məhdudlaşacaq.

Məlumata görə, Ayətullah Əli Xamenei ilə iyulun 3-də Tehranda başlayan vida mərasimləri hazırda Mosallah məscidində davam edir. İyulun 6-da Tehranda keçiriləcək dəfn mərasimindən sonra cənazə Qum şəhərinə, iyulun 8-də isə bir günlük İraqa göndəriləcək. Vida prosesi iyulun 9-da mərhumun doğulduğu Məşhəd şəhərində başa çatacaq.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən