Paşinyan Rusiyada səfərdədir

 09:32 06.07.2026     226

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində ötən ayın əvvəlində baş tutmuş parlament seçkilərindən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə yollanıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisi çərçivəsində baş tutacaq “Sənaye 360. Sərhədsiz istehsal” mövzusunda plenar iclasda iştirak edəcək.

Məlumata görə, onun həmçinin Rusiyanın hökumət başçısı Mixail Mişustinlə görüşü planlaşdırılır. 

Vumart və Güvən reklamı Vumart Güvən