Kiyevə kütləvi hava hücumu: 7 ölü, 24 yaralı
Rusiyanın Kiyev şəhərinə endirdiyi kütləvi raket və PUA zərbələri nəticəsində 7 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün "Telegram" kanalında məlumat paylaşıb.
"Yaralananların sayı 24 nəfərdir", - deyə T.Tkaçenko "Telegram"da qeyd edib.
Öz növbəsində Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, gecə saatlarında Kiyevin hücumlarına cavab olaraq kütləvi zərbələr endiriblər.
Məlumata görə, Kiyev və ətraf vilayətdəki hərbi-sənaye kompleksi, yanacaq-energetika müəssisələri, həmçinin Dnepropetrovsk, Poltava, Çerkassı, Çerniqov və Kiyev vilayətlərində yerləşən hərbi aerodromların infrastrukturu hədəfə alınıb.













