Qeyri-adi toy: Ölən nişanlısı ilə EVLƏNDİ

 12:04 06.07.2026     290

Malayziyada qeyri-adi toy mərasimi baş tutub. Gənc oğlan qəfil vəfat edən nişanlısı ilə simvolik "ruh toyu" keçirib.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, bloqçu kimi tanınan SaKira So və nişanlısı Con noyabr ayında evlənməyi planlaşdırırdılar. Lakin SaKira So iyunun 23-də gözlənilmədən vəfat edib.

Dəfn mərasimlərinin son günü keçirilən simvolik mərasimdə Con çiçəklər və şarlarla bəzədilmiş yolla sevgilisinin tabutuna yaxınlaşıb. Mərasim zamanı cütlüyün birlikdə çəkilmiş görüntüləri böyük ekranda nümayiş etdirilib.

Con daha sonra üzüyü mərhum nişanlısının barmağına taxıb və göz yaşlarını saxlaya bilməyib. Mərasimdən sonra ənənəvi çay mərasimi keçirilib, bəy isə toy tortunu kəsib.

Con sosial şəbəkədə paylaşdığı mesajda "Sonrakı həyatda səni yenidən tapacağam və əbədi olaraq səninlə qalacağam" sözlərini yazıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən