İsrailin Livanın cənubuna hücumu nəticəsində 4 nəfər həlak oldu

 15:35 06.07.2026     183

İsrail ordusu Livanın cənubunda yerləşən Nəbatiyyə bölgəsinə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Livan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hücum İsrail ilə Livan arasında qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib.

Bildirilir ki, zərbələr nəticəsində 4 nəfər həyatını itirib.

Qeyd olunur ki, hadisədən sonra bölgədə gərginlik davam edir.

AMinə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən