Ermənistan Pakistana ilk səfirini təyin etdi

 18:10 06.07.2026     206

Ermənistan Pakistana ilk səfirini təyin edib.

Redaktor.az-ın məlumatına görə, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Karen Qriqoryan Ermənistanın Pakistanda səfiri təyin edilib.

Karen Qriqoryan Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiridir. Onun iqamətgahı Əbu-Dabidə yerləşəcək.

Bu, Ermənistan ilə Pakistan arasında diplomatik münasibətlərin ötən il – 2025-ci ilin avqustunda qurulmasından sonra İslamabada ilk səfir təyinatıdır. Tərəflər ilkin mərhələdə rezident olmayan səfirlər vasitəsilə diplomatik əlaqələri həyata keçirmək barədə razılığa gəliblər.

Vumart və Güvən reklamı Vumart Güvən