Qaldığı oteldə yarasa dişləyən kişi məkanı məhkəməyə VERDİ

 17:32 06.07.2026     276

ABŞ-də bir kişi qaldığı oteldə yarasanın hücumuna məruz qaldığını iddia edərək otellər şəbəkəsini məhkəməyə verib.

Redaktor.az xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb.

Hadisə ABŞ-nin Denver şəhərində yerləşən Sheraton Denver Downtown otelində baş verib. İddiaçı bildirib ki, gecə yatdığı zaman otağa daxil olan yarasalar onun ayaqlarını dişləyib və o, bu səbəbdən yuxudan oyanıb.

Onun sözlərinə görə, otaqdakı kondisioner sisteminin yaxınlığında dəlik aşkar edib və yarasaların məhz oradan içəri girdiyini düşünərək dəliyi dəsmalla bağlamağa çalışıb.

Qonaq hadisə ilə bağlı otel əməkdaşlarına müraciət etsə də, başqa otağa köçürülməyib. Əvəzində ona quduzluğa qarşı peyvənd kursu keçməsi tövsiyə olunub. Bildirilib ki, həmin ərazidə yaşayan bəzi yarasalar quduzluq virusunun daşıyıcısı ola bilər.

Məhkəmə iddiasına əsasən, Marriott otellər şəbəkəsi zərərçəkənə maddi kompensasiya təklif etsə də, bu məbləğ müalicə və profilaktik peyvənd xərclərini qarşılamaq üçün kifayət etməyib.

Zərərçəkənin vəkili bildirib ki, hadisə onun müvəkkilində ciddi psixoloji travma yaradıb.

"Oteldə yatarkən qəfil oyanıb otaqda yarasaların uçduğunu görmək həqiqətən də qorxunc təcrübədir", – deyə vəkil vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən