Sağlığında öz dəfn mərasimini təşkil edən bloqer bir ay sonra ÖLDÜ

 17:46 06.07.2026     291

Braziliyalı bloqer Tiaqo Pittan sağlığında öz dəfn mərasimini təşkil etdikdən təxminən bir ay sonra vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Metropoles" nəşri məlumat yayıb.

Məlumata görə, bloqer uzun müddət mədə xərçəngi ilə mübarizə apardıqdan sonra Kampu-Qrandi şəhərində yerləşən xəstəxanada dünyasını dəyişib.

Tiaqo Pittan ölümündən qısa müddət əvvəl qeyri-adi addımı ilə gündəmə gəlmişdi. O, ənənəvi dəfn mərasimini ölümündən sonraya saxlamamaq qərarına gələrək sağlığında yaxınlarını və dostlarını bir araya toplayıb. Bloqer həmin görüşdə sevdiyi insanlara şəxsən təşəkkür edib və onlarla vidalaşıb.

Ölümündən əvvəlki gün isə o, xəstəxana palatasından çəkdiyi vida videosunu sosial şəbəkə hesabında paylaşıb.

"Mən yaxşıyam, sakit və xoşbəxtəm. Hər şey buna dəyərdi. Gözəl həyat yaşadım. Mən qalib gəldim", – deyə bloqer videoda bildirib.

Tiaqo Pittanın hekayəsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi onun bu addımını cəsarətli adlandıraraq, yaxınları ilə ölümündən sonra deyil, sağlığında vidalaşmaq qərarını yüksək qiymətləndirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən