İran Hörmüz boğazında ticarət gəmilərini raketlə VURDU
İran Hörmüz boğazında ticarət gəmilərinə raket zərbələri endirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Axios” portalı iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 6-na keçən gecə İran ordusu Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb. Bildirilir ki, hücumlar ABŞ və İran arasında boğazda zərbələrin dayandırılması ilə bağlı bir həftəlik razılaşmanın müddəti başa çatdıqdan sonra baş verib.
Qeyd olunur ki, ABŞ-nin bu insidentə cavab olaraq İran hədəflərinə zərbələr endirməsi ehtimalı nəzərdən keçirilir.
Bundan əlavə, Böyük Britaniyanın Dəniz Ticarət Administrasiyası Oman yaxınlığında, Hörmüz boğazı sahilləri boyunca cənuba doğru hərəkət edən tankerin naməlum mərmi ilə vurulduğunu və nəticədə yanğın baş verdiyini açıqlayıb.
ABŞ rəsmisinin sözlərinə görə, ikinci ticarət gəmisi də İran raketi ilə vurulub. Hər iki gəmiyə ciddi ziyan dəysə də, insident nəticəsində xəsarət alan olmayıb.
Aminə ŞAHSUVARQIZI













