İrandan Almaniyanın Hörmüz boğazı ilə bağlı açıqlamasına ETİRAZ

 09:30 07.07.2026     200

İran Xarici İşlər Nazirliyi Almaniyanın xarici işlər nazirinin Hörmüz boğazı ilə bağlı fikirlərinə sərt reaksiya verib.

Redaktor.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi Almaniya rəsmisinin açıqlamasını qəbuledilməz hesab edib və bunu "biabırçı" bəyanat kimi qiymətləndirib.

Məlumata görə, İran tərəfi Almaniya rəsmisinin çıxışının reallıqları təhrif etməyə yönəldiyini bildirib. İsmayıl Bəqayi qeyd edib ki, bu cür açıqlamalar Almaniyanın beynəlxalq öhdəliklərindən və üzərinə düşən məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilir.

Qeyd olunur ki, Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bölgədə baş verən hər hansı gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən