Xameneinin dəfn mərasiminə 200-dən çox xarici jurnalist qeydiyyatdan KEÇDİ

 13:39 07.07.2026     185

İranda keçiriləcək dəfn mərasimi beynəlxalq medianın diqqət mərkəzinə düşüb.

Redaktor.az xəbər verir ki, Məşhəd şəhərində baş tutacaq mərasimi işıqlandırmaq üçün 200-dən çox xarici jurnalist qeydiyyatdan keçib.

Məlumata görə, dəfn komitəsinin sözçüsü bildirib ki, xarici media nümayəndələri İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün hazırlıqlarını tamamlayıblar.

Qeyd olunur ki, dünyanın müxtəlif ölkələrindən jurnalistlərin tədbirə cəlb olunması mərasimin qlobal miqyasda geniş işıqlandırılacağını göstərir. Təşkilatçılar xarici media üçün zəruri şəraitin yaradıldığını və məlumatların operativ şəkildə çatdırılması üçün imkanların təmin edildiyini bildiriblər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən