Trampın təyyarəsi Ankaradadır - YENİLƏNİB
ABŞ Prezidenti Donald Trampı daşıyan Air Force One təyyarəsi Esenboğa Hava Limanına eniş edib.
Redaktor.az-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanında ABŞ liderini qarşılayıb.
Tramp onu qarşılayan türkiyəli hərbçiləri öz dillərində salamlayıb. Belə ki, o, hava limanında onun gəlişi üçün düzülən hərbçilərə "merhaba asker" deyib.
Qeyd edək ki, Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü çərçivəsində Ankaraya diplomatik heyətlə gəlib.
***
ABŞ Prezidenti Donald Trump NATO Sammitində iştirak etmək üçün Ankaraya gəlib.
Redaktor.az xəbər verir ki, Trampı Ankarada Türkiyə rəsmiləri qarşılayıblar.
ABŞ Prezidentinin sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə görüşü planlaşdırılır. Bundan əlavə, Trampın bir sıra ikitərəfli görüşlər keçirməsi və NATO liderlərinin iclaslarında iştirak etməsi də nəzərdə tutulur.













