Zelenski NATO sammitinə çətin vəziyyətdə GEDİB
Polkovnik-leytenantı Andrey Maroçko Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO sammitinə çətin siyasi vəziyyətdə getdiyini iddia edib.
Redaktor.az xəbər verir ki, polkovnik bu haqda "Tsarqrad” nəşrinə açıqlama verib.
O bildirib ki, Zelenski son hadisələrin yaratdığı mənfi informasiya fonunu dəyişməyə çalışacaq.
Maroçkonun sözlərinə görə, Ukrayna rəhbərliyi yaxın günlərdə bu gündəmi kölgədə qoymaq üçün təcili addımlar ata bilər. O, həmçinin iddia edib ki, Zelenskinin ABŞ Prezidenti Donald Trampla mümkün görüşünə əlverişli mövqedə getmədiyini düşünür.
Maroçko hesab edir ki, Zelenski əvvəlcədən NATO sammitinə müsbət nəticələrlə qatılmağı planlaşdırsa da, mövcud vəziyyət onun beynəlxalq danışıqlardakı, o cümlədən Tramp ilə mümkün təmaslardakı mövqeyinə təsir göstərə bilər.
O, əlavə edib ki, bütün bunlara baxmayaraq, Zelenskinin Qərb tərəfdaşlarından yeni maliyyə dəstəyi almağa çalışacağını düşünür.
Aytəkin TOFİQQIZI













