Trampın sərt ritorikası NATO rəsmilərini narahat EDİR
ABŞ-nin NATO üzrə müttəfiqləri Prezident Donald Trampın Ankara sammitinə razılaşmalar əldə etmək məqsədilə qatılacağını gözləsələr də, onun sərt mövqeyi ilə qarşılaşıblar.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
NATO diplomatlarından biri bildirib ki, müttəfiqlər ABŞ-nin tələb etdiyi müdafiə xərclərini artırmağa çalışsalar da, gündəm Qrenlandiya ilə bağlı Trampın açıqlamalarının kölgəsində qalıb.
Məlumata görə, NATO rəsmiləri Trampın sərt ritorikasının Avropadakı ABŞ hərbi qüvvələrinin gələcəyi, Ukraynaya dəstək və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçiriləcək görüşlərdə də davam edə biləcəyindən narahatdırlar.
Bununla yanaşı, keçmiş NATO rəsmiləri bildiriblər ki, Trampın bu cür davranışı müttəfiqlər üçün artıq gözlənilməz hesab edilmir.
Aytəkin TOFİQQIZI













