Pezeşkian İraq səfərini başa vuraraq Tehrana QAYITDI

 11:09 08.07.2026     192

İran Prezidenti Məsud Pezeşkian İraq səfərini başa vuraraq ölkəyə geri dönüb.

Redaktor.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Pezeşkian çərşənbə günü səhər saatlarında İraqın Nəcəf şəhərindən Tehrana yola düşüb. İran liderinin səfəri zamanı əsas məqsəd İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etmək olub.

Səfər çərçivəsində Məsud Pezeşkian Nəcəf şəhərində yerləşən İmam Əlinin müqəddəs ziyarətgahını da ziyarət edib.

İran Prezidentinin İraqa səfəri dini və rəsmi tədbirlərlə yanaşı, iki ölkə arasında mövcud əlaqələrin diqqət mərkəzində olduğu bir dövrə təsadüf edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən