Ağlasığmaz hadisə: Qadın otaq yoldaşının ağzını tikdi

 13:34 08.07.2026     251

Yaponiyada qadın otaq yoldaşına hücum edərək onun ağzını tikişlə bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Mothership" nəşri məlumat yayıb.

Hadisə Koqa şəhərində baş verib. Məlumata görə, 42 yaşlı qadın ağzı tikişlə bağlanmış vəziyyətdə yaxınlıqdakı mağazaya qaçaraq satıcıdan kömək istəyib. Hadisə yerinə gələn polis zərərçəkmişlə birlikdə yaşayan 49 yaşlı Masae Sakuraini saxlayıb.

Tibbi yardım göstərildikdən sonra qadın uzun müddətdir Sakuraidən qorxduğu üçün kömək istəyə bilmədiyini deyib.

Bildirilib ki, qadınlar 2025-ci ilin aprel ayından birlikdə yaşayırdılar. Qonşular Sakurainin ünsiyyətcil olmasa da, sakit biri olduğunu bildiriblər. Hadisənin motivi hələlik məlum deyil.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən