NATO liderləri "ailə fotosu" üçün bir araya gəldi - VİDEO

 13:47 08.07.2026     238

Türkiyə 22 illik fasilədən sonra yenidən NATO Zirvəsinə ev sahibliyi edir.

Redaktor.az xəbər verir ki, paytaxt Ankara beynəlxalq təhlükəsizlik gündəliyinin əsas mərkəzlərindən birinə çevrilib.

Məlumata görə, zirvəyə ev sahibliyi edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərini qarşılayıb.

Zirvənin rəsmi proqramı başlamazdan əvvəl NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları ənənəvi "ailə fotosu" üçün bir araya gəliblər.

Rəsmi çəkilişdən sonra isə sammitin açılış iclasına start verilib. Görüşlər zamanı alyansın gələcək strategiyası, müdafiə məsələləri və qlobal təhlükəsizlik gündəliyi müzakirə olunur.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən