"Sahillərimiz sizin üçün cəhənnəmə çevriləcək" - İrandan ABŞ-yə XƏBƏRDARLIQ

 15:49 08.07.2026     238

İran Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin müavini, kontr-admiral Həbibullah Səyyari ABŞ-yə sərt xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Səyyari bildirib ki, ABŞ İran sahillərinə hərbi desant çıxarmağa cəhd edərsə, ciddi müqavimətlə üzləşəcək.

"Əgər düşmən İran sahillərinə qoşun çıxarmağa cəhd etsə, elə bir cəhənnəmə düşəcək ki, oradan çıxa bilməyəcək", – deyə o vurğulayıb.

Bu arada İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-nin İrana qarşı təkrar zərbələr endirməsi və Tehranın neft satışına dair lisenziyanın ləğv edilməsi döyüşlərin dayandırılmasına dair memorandumu faktiki olaraq qüvvədən salır. Rəsmi Tehran ABŞ Maliyyə Nazirliyinin qərarını "kobud hüquq pozuntusu" adlandıraraq, gərginliyin artmasına görə məsuliyyəti Vaşinqtonun üzərinə qoyub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən