Hörmüz boğazında gəmiçiliyə mane olmayın - NATO İrana çağırış etdi

 17:09 08.07.2026     280

NATO Türkiyənin paytaxtı Ankarada keçirilən sammitin yekun bəyannaməsində İrana Hörmüz boğazında sərbəst gəmiçiliyə mane olmamaq və nüvə silahı əldə etmək cəhdlərindən imtina etmək çağırışı edib.

Redaktor.az xəbər verir ki, yekun sənəddə müttəfiqlər İranın heç vaxt nüvə silahına malik olmamalı olduğunu bir daha bəyan ediblər.

Bəyannamədə həmçinin Tehrandan Hörmüz boğazında gəmiçilik azadlığına tam hörmət etməsi tələb olunub.

Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında qüvvədə olan atəşkəsin artıq başa çatdığını bəyan edib. ABŞ-nin İrana zərbələri bərpa etməsindən sonra Tramp İran rəhbərliyi barədə sərt ifadələr işlədərək onları "xəstə insanlar" və "cəmiyyətin tullantıları" adlandırıb, İranı isə Yaxın Şərqdə sabitliyə təhlükə yaradan "xərçəng şişi" ilə müqayisə edib.

ABŞ Prezidenti eyni zamanda İranla danışıqların artıq mənasız olduğunu da bildirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən