Tramp ABŞ-ni ittifaqda saxlayacaq
ABŞ Prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ni hərbi blokda saxlamaq niyyətində olduğunu deyib.
Redaktor.az xəbər verir ki, bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb.
Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-nin NATO-ya silah satmağa davam etməyə hazır olduğunu ifadə edib.
O da qeyd olunub ki, ABŞ lideri İspaniya ilə bağlı tənqidini qapalı görüşdə bildirməyib və İranla razılaşmanın sona çatdığı barədə də heç nə deməyib.
Hətta, Qrenlandiya haqqında söz açmayıb.













