Putin və Zelenski mürəkkəb şəxsiyyətlərdir - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini "mürəkkəb şəxsiyyətlər" adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Tramp Zelenski ilə keçirdiyi görüş zamanı danışıb.
"Biz bir çox müharibələri həll etmişik. Düşünürdüm ki, bu ən asanı olacaq. Amma Putin mürəkkəb şəxsiyyətdir, bu oğlan da (Zelenski) mürəkkəb şəxsiyyətdir. Bu, nə sadə, nə də asan məsələdir. Bunun üçün böyük öhdəlik tələb olunur", – deyə ABŞ Prezidenti bildirib.
NURİYYƏ













