Ərdoğan Cənubi Qafqaz məsələsinin hər an gündəmə gələ biləcəyini DEDİ
Türkiyə prezidenrti NATO Sammitindən sonra keçirdiyi mətbuat konfransında APA-nın Ankaraya ezam olunmuş müxbirinin sualını cavablandırıb.
Redaktor.az xəbər verir ki, Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşdə Cənubi Qafqaz məsələsi müzakirə olunmasa da, zərurət yaranacağı təqdirdə bu mövzu istənilən vaxt gündəmə gətirilə biləcəyini bildirdi.
“Cənubi Qafqaz məsələsi gündəmimizə gəlmədi. Ancaq bildiyiniz kimi, bu məsələ istənilən an gündəmə gələ bilər. İstənilən vaxt telefon danışığı da apara bilərik”, - Ərdoğan bildirib.













