Pizzadan sonra aldığı bilet ona sərvət QAZANDIRDI

 09:00 09.07.2026     243

ABŞ-nin Merilend ştatında yaşayan bir kişi pizza almağa gedərkən lotereyada böyük uduş əldə edib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Kişi ailəsi üçün sifariş etdiyi pizzanı götürdükdən sonra mağazada dayanaraq 10 dollarlıq lotereya bileti alıb.

Bileti elə mağazada cızan kişi 77.700 dollar ( təxminən 132 min manat)  udduğunu görüb.

Onun sözlərinə görə, əvvəlcə adi məbləğ qazandığını düşünüb. Lakin uduşun məbləğini görəndə gözlərinə inanmayıb və əmin olmaq üçün bileti iki dəfə yoxlayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən