İran ABŞ-ni memorandumu pozmaqda ittiham ETDİ
İran ABŞ-ni ikitərəfli memorandumun şərtlərini birtərəfli qaydada pozmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin nümayəndəsi TASS agentliyinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Vaşinqtonun birtərəfli addımları və İrana qarşı aqressiv hərəkətləri memorandumun strukturunu pozub. O qeyd edib ki, ABŞ-nin davranışı sənədin beşinci bəndində nəzərdə tutulan, Tehranın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçid qaydalarının müəyyən edilməsindəki rolunu faktiki olaraq qüvvədən salır.
NURİYYƏ













