Paşinyan məzuniyyətə çıxır

 12:36 09.07.2026     167

Ermənistanın Baş naziri Nikol Paşinyan iyul ayında 20 günlük məzuniyyətə çıxacaq.

Redaktor.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, baş nazirin istirahəti iyulun 10-dan 29-dək davam edəcək.

Məlumata görə, məzuniyyət müddətində baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq onun müavinləri icra edəcək.

Bildirilib ki, iyulun 10-dan 20-dək baş nazir vəzifələrini Mger Qriqoryan, iyulun 21-dən 29-dək isə Tiqran Xaçatryan yerinə yetirəcək.

Qeyd edək ki, Nikol Paşinyan iyunun 7-də keçirilən parlament seçkilərindən sonra da qısa müddətli məzuniyyətə çıxmışdı. Həmin vaxt Ermənistan hökumət başçısı iyunun 12-dən etibarən üç gün müddətində doğulduğu İcevan şəhərində istirahət etmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən