Əli Xameneinin indiyədək görülməyən arxiv görüntüləri YAYIMLANDI
İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin 1998–2004-cü illər ərzindəki fəaliyyətini əks etdirən fotoxronika ictimaiyyətə təqdim olunub.
Redaktor.az xəbər verir ki, yayımlanan arxiv materiallarında həmin dövrün siyasi, dini, sosial və hərbi hadisələrini əks etdirən çoxsaylı fotolar yer alıb.
Məlumata görə, fotoxronikada Seyid Əli Xameneinin ölkənin müxtəlif bölgələrinə səfərləri, rəsmi mərasimlərdə iştirakı, eləcə də daxili və beynəlxalq səviyyədə keçirdiyi görüşlər əks olunub.
Bildirilib ki, arxiv materialları vasitəsilə 1998–2004-cü illər ərzində baş verən mühüm hadisələri və ali dini liderin həmin dövrdəki fəaliyyətini vizual şəkildə izləmək mümkündür.
Aminə ŞAHSUVARQIZI













