SEPAH İordaniyadakı Əl-Əzraq aviabazasını 10 ballistik raketlə VURDU

 17:51 09.07.2026     185

İordaniyanın Əl-Əzraq aviabazası 10 ballistik raketlə vurulub.

Redaktor.az-ın xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri bu gün günortadan sonra Yaxın Şərqdə ABŞ-nin komanda-idarəetmə mərkəzini və İordaniyada Əl-Əzraq hərbi hava bazasını 10 ballistik raketlə hədəfə alaraq məhv edib.

SEPAH bəyan edib ki, “ABŞ-nin təcavüzü təkrarlanarsa, Vaşinqtonun bölgədəki digər hərbi bazalarına ağır atəş zərbələri endiriləcək”.

Vumart və Güvən reklamı Vumart Güvən