İran ordusu Hörmüzlə bağlı bəyanat YAYDI

 20:27 13.07.2026     237

“Tehran ABŞ-nin Hörmüz boğazına müdaxiləsinə heç bir halda imkan verməyəcək”.

Redaktor.az xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı bəyanat yayıb.

İran hərbçiləri vurğulayıblar ki, ölkənin silahlı qüvvələri ABŞ-nin gəmiçiliyin təhlükəsizliyini pozmağa və ya sarsıtmağa yönəlmiş istənilən cəhdinə qətiyyətlə qarşı çıxacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı yeni tədbir çərçivəsində Hörmüz boğazını nəzarətə götürdüyünü bildirmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən