Lindsi Qremin bacısı müvəqqəti senator olmalıdır - Tramp

 21:14 13.07.2026     194

ABŞ Prezidenti Donald Tramp Cənubi Karolina ştatının qubernatoru Henri Makmasterə mərhum senator Lindsi Qremin bacısı Darlini ştatı təmsil edən müvəqqəti senator təyin etməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Qubernator Henri Makmasterə Lindsi Qremin gözəl bacısı Darlini Cənubi Karolinadan müvəqqəti senator vəzifəsinə təyin etməyi tövsiyə etdim. Bu, Lindsiyə onun çox sevdiyi bacısı vasitəsilə göstərilən gözəl ehtiram olardı", – deyə ABŞ Prezidenti bildirib.

Cənubi Karolina qanunvericiliyinə əsasən, ştat qubernatoru növbədənkənar seçkilər keçirilənədək senator vəzifəsini icra edəcək şəxsi müvəqqəti olaraq təyin edə bilər.

Xatırladaq ki, Lindsi Qrem iyulun 11-də 71 yaşında qısa sürən qəfil xəstəlikdən sonra vəfat edib. NBC telekanalının məlumatına görə, onun ölümünə ürək tutması səbəb olmuş ola bilər. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Lindsi Qrem Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrə qarşı 500 faizlik gömrük rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihəsinin əsas müəlliflərindən biri idi. O, ölümündən bir gün əvvəl Ağ Evlə bu qanun layihəsi üzrə razılıq əldə olunduğunu məmnunluqla açıqlamışdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən