III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ
Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla dörd ildən sonra ilk dəfə şahzadə Harri, Meqan Markl və onların övladları – yeddi yaşlı Arçi və beş yaşlı Lilibetlə görüşüblər.
Redaktor.az xəbər verir ki, kralın kiçik oğlu, onun həyat yoldaşı və uşaqları III Çarlzı Qlosterşir qraflığındakı iqamətgahında ziyarət ediblər.
Ailə sonuncu dəfə 2022-ci ildə, mərhum Kraliça II Elizabetin taxta çıxmasının Platin yubileyi münasibətilə Böyük Britaniyaya səfər etmişdi. Həmin vaxtdan bəri III Çarlz nəvələri Arçi və Lilibetlə görüşməmişdi.
Xədicə BAXIŞLI













