ABŞ İranı yenə VURDU

 08:36 14.07.2026     265

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı həyata keçirilən son hərbi əməliyyatların başa çatdığını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, bildirilib ki, ABŞ qüvvələri 5 saat davam edən əməliyyat zamanı İranın bir sıra bölgələrində hərbi obyektlərə zərbələr endirib.

Qeyd edilib ki, Buşehr, Çabahar, Cask, Konarak, Əbu Musa və Bəndər Abbas daxil olmaqla, bir sıra ərazilərdəki hədəflər vurulub.

“ABŞ qüvvələri İranın kommersiya gəmilərinə qarşı hücum imkanlarını zəiflətmək məqsədilə sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatları obyektlərinə, eləcə də, dəniz imkanlarına qarşı dəqiq silahlardan istifadə edib”, – deyə CENTCOM bildirib.

Qeyd olunur ki, bu əməliyyat ABŞ-nin İrana qarşı son üç gecə ərzində həyata keçirdiyi ardıcıl hücumların növbəti mərhələsi olub.

Vumart və Güvən reklamı Vumart Güvən