Tramp ABŞ-nin İrana vurduğu zərbələrin nəticələrini AÇIQLADI

 09:27 14.07.2026     263

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İrana endirdiyi zərbələrin nəticələri barədə danışıb.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

O bildirib ki, hücumlar zamanı İranın radar sistemlərinin, sursatlarının, raket buraxılış qurğularının, dronlarının və raketlərinin böyük hissəsi sıradan çıxarılıb.

"Biz onların əksər radarlarını, əksər sursatlarını, əksər buraxılış qurğularını, raket buraxıcılarını sıradan çıxarmışıq. Biz onların dronlarını sıradan çıxarmışıq. Biz onların raketlərini sıradan çıxarmışıq", - deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, hazırda Hörmüz boğazına nəzarət etdiklərini iddia edir.

"Onlar problem yarada bilərlər. Onlar pis işlər görə bilərlər, amma biz buna nəzarət edirik", - deyə Tramp vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən