Trampın xalqa müraciətində hansı məsələlərdən danışılacaq?

 10:08 14.07.2026     208

ABŞ Prezidenti Donald Trampın iyulun 16-da xalqa müraciət edəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, "Axios"un Trampın müşavirlərinə istinadən yaydığı məlumata görə, müraciətdə əsas mövzular İranla bağlı vəziyyət və ABŞ-də keçiriləcək seçkilər olacaq.

Mənbənin sözlərinə görə, Tramp bunlarla yanaşı, vacib hesab etdiyi digər məsələlərə də toxunacaq.

İranla bağlı vəziyyəti şərh edən mənbə bildirib ki, proses sürətlə dəyişir.

“Vəziyyət dəqiqəbədəqiqə dəyişir, amma o, məhz bunu həll etmək istəyir”, – deyə mənbə qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən