NATO-nun təyyarələri Latviya üzərində uçuşlar həyata keçirir

 22:59 14.07.2026     325

NATO-nun uzaqmənzilli radiolokasiya aşkarlama sisteminə malik AWACS təyyarələri ardıcıl ikinci gündür Latviya hava məkanında uçuşlar həyata keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə uçuşların izlənilməsi sistemlərinin məlumatına əsasən xəbər yayılıb.

Məlumata görə, Boeing E-3A Sentry AWACS təyyarələri Riqanın qərbində, o cümlədən Riqa körfəzi üzərində dövrə vurur. İyulun 13-də təyyarələrdən biri Litvanın Şaulyay şəhərindən havaya qalxıb.

İyulun 14-də isə digər AWACS təyyarəsi Almaniyanın Geylenkirxen aviabazasından uçaraq Polşa və Litva üzərindən keçib, daha sonra Riqa yaxınlığında manevrlər etməyə başlayıb.

Gün ərzində daha bir eyni tipli təyyarə Estoniya sahilləri və Riqa körfəzi üzərində müşahidə olunub. Həmin təyyarə də Şaulyaydan havaya qalxaraq Estoniyanın Pyarnu hava limanı yaxınlığında 9,4 kilometrdən çox yüksəklikdə uçuş həyata keçirib.

Agentliyin məlumatına görə, eyni vaxtda Qara dəniz üzərində ABŞ-nin Bombardier Challenger 650 Artemis II kəşfiyyat təyyarəsinin də uçuşu qeydə alınıb. Təyyarə Rumıniyanın Konstansa şəhərindən havaya qalxıb və günün ikinci yarısında Krımın cənubunda, Feodosiya istiqamətində, Türkiyənin Sinop hava limanı yaxınlığında müşahidə edilib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən