"Tramp" yazısına görə yeniyetməyə şillə vurdu, özü həbs EDİLDİ
ABŞ Prezidenti Donald Trampın siyasətini dəstəkləyən yeniyetməyə şillə vuran Kanada vətəndaşı saxlanılaraq miqrasiya təcridxanasına yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı Keytlin Treysi ABŞ-ın Nyu-Cersi ştatının Point Pleasant çimərliyində bir qrup yeniyetməyə yaxınlaşaraq onlarla söhbəti videoya çəkib. Məlumata görə, qadın yeniyetmələrin üzərində "Trump" və ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) adı yazılmış idman geyimlərinə etiraz edib.
Polis hesabatına əsasən, söhbət zamanı Treysi yeniyetmələri təhqir edib, onlardan bir neçəsinin üzünə və bədəninə zərbələr endirib. Hadisədən sonra o, ərazini tərk etsə də, müşahidə kameralarının görüntüləri araşdırıldıqdan sonra onun barəsində həbs qərarı çıxarılıb.
Kanada vətəndaşına uşağın rifahını təhlükə altına salma, yüngül xəsarət yetirmə, təqib etmə və ədalət mühakiməsinə mane olma maddələri ilə ittiham irəli sürülüb. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti isə onun miqrasiya təcridxanasına yerləşdirildiyini açıqlayıb.
Xədicə BAXIŞLI













