Zaxarova Qrossidən Yakovlevin ölümü ilə bağlı açıqlama tələb ETDİ
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisi Aleksandr Yakovlevin ölümü ilə bağlı mövqe bildirməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında danışıb.
Zaxarova bildirib ki, Rusiya Yakovlevin ölümünü "Kiyev rejiminin cinayəti" hesab edir və MAQATE başda olmaqla beynəlxalq təşkilatlardan hadisəyə aydın və birmənalı şəkildə münasibət bildirməyi tələb edir.
"Bu cinayəti Kiyev rejiminin törətdiyini cənab Qrossi nəhayət görməlidir. İlk növbədə MAQATE olmaqla, aidiyyəti beynəlxalq qurumlardan bu qətlin qəti şəkildə pislənilməsini tələb edirik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Ukrayna tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Xədicə BAXIŞLI













