Koretski baş nazir vəzifəsinə ən hazırlıqlı namizəddir - Zelenski

 01:19 16.07.2026     235

Ukrayna Baş naziri vəzifəsinə ən hazırlıqlı şəxs "Naftoqaz"ın baş direktoru Sergey Koretskidir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə mətbuat konfransında bildirib.

"Şübhəsiz ki, biz diplomatik addımlar da atacağıq, Rusiyanı dialoqa məcbur etmək, onun atəşi dayandırması üçün hər şeyi edəcəyik. Artıq çoxdan hazırlaşırıq, lakin prioritet aydındır – qışa hazırlıq. Ona görə də Sergey Koretski bütün məsləhətləşmələrdən sonra yəqin ki, Ukrayna Baş naziri vəzifəsinə ən hazırlıqlı şəxsdir", – o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən