Starmer Zelenski ilə görüşmək üçün Kiyevdədir

 11:11 16.07.2026     231

Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifədən ayrılmazdan əvvəl son səfərini Ukraynaya edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, Starmer Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. O bildirib ki, Böyük Britaniyanın Ukraynaya "sarsılmaz" dəstəyi bundan sonra da davam edəcək.

Baş nazir qeyd edib ki, Rusiyanın başladığı genişmiqyaslı müharibədən bəri Ukrayna xalqının göstərdiyi müqavimət Avropanın təhlükəsizliyinin qorunmasına mühüm töhfə verib.

Starmer xatırladıb ki, onun rəhbərliyi dövründə Böyük Britaniya ilə Ukrayna arasında 100 illik tərəfdaşlıq sazişi imzalanıb, müdafiə və ticarət sahəsində əməkdaşlıq genişləndirilib. O, həmçinin gələcək sülhməramlı qüvvənin yaradılması istiqamətində aparılan işlərə də rəhbərlik etdiyini bildirib.

"Baş nazir olanda bilirdim ki, Böyük Britaniya yalnız bu gün Ukraynanın yanında dayanmamalı, həm də onun uzunmüddətli təhlükəsizliyi və uğuru üçün möhkəm təməl yaratmalıdır", - deyə Starmer vurğulayıb.

O əlavə edib ki, Böyük Britaniya müdafiəyə yatırımları artırıb və NATO ilə G7 sammitlərində nümayiş olunduğu kimi, müttəfiqlər Rusiyanın təcavüzünə qarşı vahid mövqe sərgiləməyə davam edirlər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən